Azərbaycanda xəbər saytları  niyə birdən-birə çökdü? - CAVAB
18 noyabr 2025 19:11 (UTC +04:00)

Azərbaycanda xəbər saytları niyə birdən-birə çökdü? - CAVAB

0

Xəbər verdiyimiz kimi dünyada və Azərbaycanda saytlara girişdə problem yaranmışdı.

Lent.az xəbər verir ki, məsələ ilə bağlı İT mütəxəssisi Fərid Pərdəşünas qlobal problemlə bağlı sualları cavablandırıb.

- Niyə Azərbaycanda saytlar birdən-birə çökdü? Bu daxili problemdir?

Xeyr. Problem qlobal xarakterlidir. Cloudflare servisini istifadə edən saytlar trafiki bu platforma üzərindən yönləndirdiyi üçün çökmələr baş verib.

- Niyə saytlar trafiki bu platforma üzərindən yönləndirir?

- Cloudflare beynəlxalq miqyasda etibarlı, güclü, DDOS hücumlarına qarşı qoruma təklif edən, “content delivery network” və DNS təminatçısı kimi tanınır. Bu çöküşdən əsasən saytlarını DDOS hücumlarından qorumaq və sürət, təhlükəsizlik qazanmaq üçün Cloudflare istifadə edən resurslar təsirlənib.

- Dövlət saytları (gov .az) təsirləndimi?

- Xeyr. Bu domen zonasında yerləşən kritik informasiya sistemləri lokal qoruma mexanizmlərindən istifadə edir və trafiki xaricə ötürmədikləri üçün bu tip qlobal nasazlıqlardan təsirlənmirlər.

- Cloudflare niyə çökdü?

- Cloudflare servisində “gözlənilməz trafik artımı” qeydə alınıb. Şirkət bunu “spike in unusual traffic”,  yəni anormal trafik sıçrayışı kimi təsvir edib. Bu, şəbəkə daxilində yükün balanssızlaşmasına və trafikdə genişmiqyaslı xətalara səbəb olub.

Cloudflare qlobal internet infrastrukturunda əsas rollardan birini oynayır və internet trafikinin təxminən 20 faizi onun üzərindən keçir. Buna görə də yaranan nasazlıq dünyanın bir çox saytında eyni anda problemə gətirib çıxarıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 318

Oxşar yazılar