“Battlefield 6” bir həftə pulsuz olacaq – Rəsmi
20 noyabr 2025 22:04 (UTC +04:00)

“Battlefield 6” bir həftə pulsuz olacaq – Rəsmi

0

“Battlefield 6” 25 noyabrdan 2 dekabra qədər bütün platformalarda pulsuz oynanılacağını açıqlayıb.

Lent.az xəbər verir ki, bu barədə “Electronic Arts” şirkəti rəsmi açıqlama verib.

Şirkət 10 oktyabrda çıxan rəqibi “Call of Duty: Black Ops 7”ni geridə qoyan “Battlefield 6” üçün həyəcanverici pulsuz sınaq versiyasını təqdim edib.

Həmin müddət ərzində oyunçular oyunun çoxoyunçu rejimlərini pulsuz sınaqdan keçirmək imkanı əldə edəcəklər.

25 noyabrda başlayacaq və 2 dekabrda bitəcək bu tədbirdə oyunçulara beş fərqli oyun rejimi və üç xəritə təqdim olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 146

Oxşar yazılar