Bu hibrid avtomobilləri  2025-ci ildə almağa  dəyər - SİYAHI
27 iyun 2025 16:15 (UTC +04:00)

Bu hibrid avtomobilləri 2025-ci ildə almağa dəyər - SİYAHI

Krossoverlər arasında çoxlu müxtəlif hibrid modellər var. Onlar yüksək səviyyədə praktiklik və aşağı yanacaq sərfiyyatı təklif edirlər. Bununla belə, böyük çeşidə görə ən yaxşı avtomobili seçmək o qədər də asan deyil.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə,  ekspertlər 2025-ci ildə almaq üçün ən yaxşısı hesab etdikləri 10 hibrid krossoveri açıqlayıblar.Onların fikrincə, bütün bu modellər rəqiblərindən üstündür.

2025-ci ilin 10 ən yaxşı hibrid krossoverləri:

1. Mercedes-Benz GLC 300e 4Matic

2. Kia Sportage 1.6 T-GDi Hybrid

3. Hyundai Santa Fe 1.6 T-GDi Hybrid

4. Range Rover Sport P460e

5. Range Rover Evoque P300e

6. Lexus NX 450h+

7. Hyundai Tucson 1.6 TGDi Hybrid 230

8. Ford Kuga 2.5 FHEV

9. Lexus RX 450h+

10. Honda CR-V e:HEV

Mercedes-Benz GLC 300e 4Matic 2025-ci ilin ən yaxşı hibrid krossoveri seçilib. Ekspertlərin fikrincə, bu modelin öz sahiblərinə təklif edəcəyi çox şey var.

Qeyd edilir ki, Mercedes-Benz GLC 300e 4Matic zəngin avadanlıq və geniş salon təklif edir. Üstəlik, bu model yalnız elektrik dartmasında böyük güc ehtiyatına malikdir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 705

Oxşar yazılar