Bu məşhur “iPhone” modeli köhnəldi – Şirkətlə əlaqələri tam kəsildi
02 dekabr 2025 22:03 (UTC +04:00)

Bu məşhur “iPhone” modeli köhnəldi – Şirkətlə əlaqələri tam kəsildi

0

“Apple” şirkəti kiçik ekranlı dizaynı ilə bir dövrə imza atan birinci nəsil iPhone SE-ni "köhnəlmişlər" kateqoriyasına yerləşdirib.

Lent.az xəbər verir ki, bu qərarla, sözügedən model artıq dünya miqyasında “Apple” mağazalarında aparat təminatı xidməti və dəstəyi almayacaq.

Qeyd edək ki, “Apple”ın siyasətinə görə, məhsul satışı dayandırıldıqdan yeddi il sonra "köhnəlmiş" hesab olunur.

2018-ci ilin sentyabr ayında istehsalı dayandırılan iPhone SE, bu yaşa çatdığı üçün siyahıya əlavə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 184

Oxşar yazılar