"Bugatti"nin yeni modeli  nümayiş olunacaq
05 yanvar 2026 03:34 (UTC +04:00)

"Bugatti"nin yeni modeli nümayiş olunacaq

0

Ötən yay "Bugatti" şirkəti unikal və son dərəcə eksklüziv avtomobillərin istehsalını hədəfləyən yeni "Solitaire" xəttini elan edib.

Lent.az "Supercar Blog"a istinadən xəbər verir ki, bu xəttin ilk nümunəsi cəmi bir nüsxədə istehsal olunmuş "Brouillard" adlı hiperkar olub.

İndi isə şirkət "Solitaire" seriyasının ikinci modelini təqdim etməyə hazırlaşır. Məlumata görə, yeni hiperkar əfsanəvi "Bugatti Veyron" modelinin 20 illiyinə həsr ediləcək. Avtomobilin premyerası yanvarın 22-də - ilk "Bugatti" hiperkarının debütündən düz 20 il sonra baş tutacaq.

Qeyd edək ki, "Veyron" güclü, sürətli və lüks avtomobillərin dizayn anlayışını yenidən formalaşdıran mühəndislik şah əsəri hesab olunur. Bu kupe tarixdə 1000 at gücünə malik ilk seriya avtomobili, həmçinin rəsmi maksimal sürəti 400 km/saatdan yüksək olan ilk model kimi tanınır.

Yeni eksklüziv hiperkarın "Bugatti Chiron" platforması əsasında hazırlanacağı gözlənilir. Bununla belə, avtomobilin dizaynında orijinal "Veyron 16.4" modelinə açıq istinadlar olacaq. Xüsusilə kuzovda eyni qırmızı-qara rəng sxemindən istifadə ediləcəyi bildirilir. Hiperkarın 1600 at gücünə malik W16 turbomühərriklə təchiz ediləcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 626

Oxşar yazılar