Ceff Bezosun peyki  kosmosda itdi
04 iyul 2025 03:37 (UTC +04:00)

Ceff Bezosun peyki kosmosda itdi

Amazonun qurucusu Ceff Bezos tərəfindən də maliyyələşdirilən və iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynamağı hədəfləyən “MethaneSAT” peykinin texniki nasazlıq səbəbindən kosmosda itdiyi açıqlanıb.

Lent.az xəbər verir ki, qlobal metan emissiyalarını ölçmək üçün nəzərdə tutulmuş və Ceff Bezos da daxil olmaqla bir çox qurum tərəfindən maliyyələşdirilən “MethaneSAT” peyki ilə əlaqə kəsilib.

Yaşadığı tam güc itkisinə görə artıq bərpa oluna bilinməyən peyk, missiyasını erkən bitirib.

Qeyd edək ki, 2024-cü ilin martında orbitə buraxılan peyk qısa missiyası ərzində dünyanın müxtəlif yerlərində neft və qaz yataqlarından metan emissiyaları haqqında mühüm məlumatlar toplamağa nail olub.

“MethaneSAT”ın komandası ilk dəfə iyunun 20-də peyklə əlaqəni kəsdiklərini təsdiqləyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 498

Oxşar yazılar