Çəkdirdiyi selfilərlə  MİLYONÇU   oldu
21 yanvar 2022 14:27 (UTC +04:00)

Çəkdirdiyi selfilərlə MİLYONÇU oldu

İndoneziyalı tələbə Sultan Qustaf əl Gozali çəkdirdiyi selfilərlə milyonçu olub. 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, 5 il ərzində çəkdirdiyi şəkillərini “NFT”yə çevirərək satışa çıxarıb. 

Gozalinin kolleksiyası 1 milyon dollara satılıb. O, açıqlamasında deyib: “Hələ də ailəmə deməyə cəsarətim yoxdur. Çünki pulu haradan qazandığımı başa düşməyəcəklər”. 


 

# 3687
avatar

Sevinc Fərid

Oxşar yazılar