ChatGPT bir kliklə onlayn mal axtarmağı  və ödəməyi öyrəndi
03 oktyabr 2025 13:55 (UTC +04:00)

ChatGPT bir kliklə onlayn mal axtarmağı və ödəməyi öyrəndi

0

OpenAI şirkəti ChatGPT üçün yeni Instant Checkout funksiyasını təqdim edib. Bu yenilik sayəsində istifadəçilər artıq məhsulu birbaşa dialoq pəncərəsində seçib ödəyə biləcəklər. Əlavə olaraq başqa saytlara keçməyə ehtiyac qalmayacaq.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, şirkətin məlumatına görə, ChatGPT burada vasitəçi rolunu oynayır, istifadəçiyə məhsul tapmaqda kömək edir və təsdiq olduğu halda ödəniş məlumatlarını satıcıya şifrələnmiş formada ötürür.

Ödəniş Apple Pay, Google Pay, Stripe və bank kartları ilə mümkündür.

Qiymətlər saytla tam eyni olacaq. İstifadəçilərdən heç bir komissiya tutulmur, bütün xərcləri satıcılar qarşılayır. Yeni imkan həm ödənişli, həm də pulsuz ChatGPT istifadəçilərinə açıq olacaq.

Hazırda funksiya yalnız ABŞ-da və Etsy platformasında işləyir. Lakin yaxın zamanda OpenAI Shopify üzərində 1 milyondan çox satıcını qoşmağı planlaşdırır.

Ekspertlərin fikrincə, bu addım onlayn alış-veriş modelini kökündən dəyişə bilər. Əgər indiyədək əsas giriş nöqtələri Google və Amazon idisə, indi bu rolu getdikcə süni intellekt köməkçiləri öz üzərinə götürə bilər.

Qeyd edək ki, bir neçə gün əvvəl OpenAI həmçinin 300-dən çox hazır promt toplusu təqdim etmişdi. Bu promtlar proqramçılardan tutmuş dizaynerlərə, marketoloqlardan HR mütəxəssislərinə qədər müxtəlif peşələr üçün nəzərdə tutulub.

Hal-hazırda ChatGPT dünya üzrə çat-bot bazarının 80 faizdən çoxunu təşkil edir. Ən yaxın rəqiblər Perplexity və Microsoft Copilot isə birlikdə cəmi 15 faiz paya sahibdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 282

Oxşar yazılar