“ChatGPT” bu ilin ilk yarısında bu qədər pul qazanıb – Fantastik rəqəm
02 oktyabr 2025 05:11 (UTC +04:00)

“ChatGPT” bu ilin ilk yarısında bu qədər pul qazanıb – Fantastik rəqəm

0

“ChatGPT”nin tərtibatçısı olan “OpenAI” şirkəti 2025-ci ilin birinci yarısında şirkətin tam illik gəlirindən 16 faiz artımla təxminən 4,3 milyard dollar gəlir əldə edib.

Lent.az xəbər verir ki, bu rəqəm şirkətin tam illik gəlirindən təxminən 16 faiz çox olması ilə diqqət çəkir.

Hesabatda qeyd olunub ki, “OpenAI2 ilin birinci yarısında süni intellektin inkişafı və “ChatGPT”nin istismarı xərclərinə görə 2,5 milyard dollar nağd pul yandırıb.

Şirkətin tədqiqat və inkişaf xərcləri 6,7 milyard dollar olub.

Bu yüksək xərclərə baxmayaraq, hesabat dövrünün sonunda şirkətin təxminən 17,5 milyard dollar pul vəsaiti və qiymətli kağızları olduğu bildirilir.

“OpenAI”nin 13 milyard dollarlıq tam illik gəlir hədəfinə və 8,5 milyard dollarlıq pul yandırma hədəfinə çatmağı hədəflədiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 224

Oxşar yazılar