ChatGPT-yə yeni funksiya  gəlir: "Tədris rejimi" ilə hər şey daha asan olacaq
30 iyul 2025 17:34 (UTC +04:00)

ChatGPT-yə yeni funksiya gəlir: "Tədris rejimi" ilə hər şey daha asan olacaq

Amerikalı texnologiya şirkəti OpenAI məşhur ChatGPT çat-botuna yeni “tədris rejimi” əlavə etdiyini açıqlayıb. Bu rejim xüsusilə tələbələr üçün nəzərdə tutulub və onların daha dərin və mərhələli şəkildə öyrənməsinə kömək etməyi hədəfləyir. ChatGPT artıq tələbələr tərəfindən geniş istifadə olunur və OpenAI bu çat-botun sadəcə cavab verməklə kifayətlənməyib, öyrədici alətə çevrilməsini istəyir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, yeni rejim Sokrat üsuluna əsaslanır və istifadəçiyə problemi addım-addım həll etməyə yönəlmiş ipucları verir.

Beləliklə, hazır cavab təqdim olunmur, əksinə istifadəçi düşünərək nəticəyə özü gəlir. “Tədris rejimi” funksiyası artıq Free (pulsuz), Plus, Pro və Team planlarında qeydiyyatdan keçmiş istifadəçilər üçün əlçatandır.

OpenAI bildirib ki, süni intellektin ən vacib tətbiq sahələrindən biri məhz təhsildir və bu istiqamətdə uzunmüddətli tədqiqatlar aparılır. Məqsəd süni intellektin təhsilin gələcəyini necə formalaşdırdığını daha dərindən anlamaqdır.

Qeyd edək ki, ChatGPT istifadəçilərin sorğularına mətnlə cavab verən və məlumat yaratmaq, təhlil aparmaq, məqalə yazmaq, tərcümə etmək kimi çoxsaylı funksiyalara malik süni intellekt sistemidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1146

Oxşar yazılar