ChatGPTnin yaradıcısından ŞOK ETİRAF
11 avqust 2025 16:00 (UTC +04:00)

ChatGPTnin yaradıcısından ŞOK ETİRAF

ChatGPTnin yaradıcısı, OpenAI-nin baş direktoru Sam Altman səmimi etiraf edib ki, çoxsaylı insanın həyati əhəmiyyətli məsələlərlə bağlı məsləhət almaq üçün müraciət etməsi onu narahat edir.

Lent.az xəbər verir ki, o, istifadəçilərin əhəmiyyətli bir hissəsinin ChatGPT-ni bir növ terapevt və ya həyat üzrə mütəxəssis kimi qəbul etdiyini deyib. Altmanın sözlərinə görə, baxmayaraq ki, bu, cazibədar görünür, yenə də onu narahat edir.

Baş direktor həmçinin vurğulayıb ki, şirkət istifadəçilərin İA modellərinə nə dərəcədə bağlandığını və köhnə versiyaların sıradan çıxmasına necə reaksiya verdiklərini diqqətlə izləyir.

“Əgər insan psixoloji cəhətdən həssas vəziyyətdədirsə və reallığı təhrif olunmuş şəkildə qavramağa meyllidirsə, biz istəmirik ki, süni intellekt bu problemləri daha da gücləndirsin,” — deyə OpenAI rəhbəri bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 606

Oxşar yazılar