Çində ilk robot mağazası  açıldı
12 avqust 2025 01:51 (UTC +04:00)

Çində ilk robot mağazası açıldı

Çinin paytaxtı Pekində futuristik konsepsiyanı həyata keçirən ölkənin ilk robot satış mərkəzi fəaliyyətə başlayıb.

Lent.az xəbər verir ki, Cümə günü qapılarını açan bu unikal mağaza insanabənzər, istehlakçı yönümlü robotların satışına yönəlib.

Mağazada iş görən robotlardan tutmuş şahmat oynayan robotlara və hətta Albert Eynşteyn kimi məşhur simaların insanabənzər surətlərinə qədər 100-dən çox müxtəlif növ robotlar nümayiş etdirilir.

Qiymətlər 278 dollardan başlayır və 150.000 dollara qədər qalxır.

Robot mağazası satış, ehtiyat hissələri və texniki xidmət də daxil olmaqla geniş çeşiddə xidmətlər təklif edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 278

Oxşar yazılar