Elektriklə, yoxsa benzinlə işləyən  avtomobil: Hansı daha əlverişlidir?
05 avqust 2025 17:49 (UTC +04:00)

Elektriklə, yoxsa benzinlə işləyən avtomobil: Hansı daha əlverişlidir?

Yeni avtomobil almaq istəyən sürücülər qarşısında daim bir sual dayanır. Elektriklimi, hibridmi, yoxsa klassik benzin və ya dizel mühərrikli maşın? Ekoloji təmizlik trendləri ilə paralel olaraq, elektromobillər son illərdə geniş yayılıb. Lakin istifadədə ortaya çıxan bəzi çətinliklər, bu seçimin nə qədər məqsədəuyğun olduğunu bir daha düşündürür.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Reddit markalı avtomobil istifadəçisi aldığı elektrikli avtomobillə bağlı sərt fikirlərini bölüşüb.

O, maşını "həyatının ən böyük narahatlığı", "praktik olmayan" və "mənasız seçim" adlandırıb. Onun sözlərinə görə, batareyanın tez-tez doldurulması zərurəti səbəbindən bütün səfərləri uzanır və bu, ciddi vaxt itkilərinə səbəb olur. 160 km-dən uzaq məsafələrə getmək üçün bir neçə məcburi dayanacaq planlaşdırmaq məcburiyyətində qalırlar.

“Batareyanın dolması minimum 30 dəqiqə çəkir, bu da təxminən 240 km üçün kifayət edir. Hər dəfə daha çox vaxt itiririk”, – sürücü bildirib.

O, həmçinin qeyd edir ki, aşağıdakı hallarda batareya daha tez boşalır:

Dağa qalxarkən, 110 km/saatdan yüksək sürətlə hərəkət edərkən, isti və ya soyuq havada, kondisionerdən istifadə zamanı.

Sürücü qadın bir çox önəmli görüşlərə gecikdiyini, gündəlik işlərini çatdıra bilmədiyini də vurğulayır. Ərinin elektrikli avtomobilləri bəyəndiyini və hər dəfə benzinin bahalılığını əsas gətirərək dəyişiklikdən imtina etdiyini deyir. Lakin artıq onun üçün enerjiyə qənaət yox, praktiklik önəmlidir.

Bir dəfə 2 saatlıq səfərlərinin 6 saata uzandığını, səbəbin isə dolu şarj stansiyasının boşalmasını gözləmək olduğunu bildirir. “Kaş, benzinlə işləyən maşın alsaydıq. Bu ağılsız elektrikli maşın, üzləşdiyim ən böyük narahatlıqdır”, – o, sonda təəssüfünü ifadə edib.

Nəticə etibarilə, hər kəs öz ehtiyaclarına uyğun seçim etməlidir. Lakin elektromobil almazdan öncə mümkün çətinliklər və texniki məhdudiyyətlər nəzərə alınmalıdır. Xüsusilə tez-tez uzun məsafəyə gedənlər üçün bu tip avtomobillər bəzən düşündüyünüz qədər rahat olmaya bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 288

Oxşar yazılar