Ən böyük və güclü kompüter prosessoru  yaradıldı
18 mart 2024 10:08 (UTC +04:00)

Ən böyük və güclü kompüter prosessoru yaradıldı

Amerikanın “Cerebras” texnoloji şirkəti dünyanın ən böyük kompüter çipinin - süni intellekt (AI) sistemləri ilə işləmək üçün nəzərdə tutulmuş “Wafer Scale Engine 3” (WSE-3) prosessorunu yaratdıqlarını elan edib.

Lent.az xəbər verir ki, bu barədə “Cerebras” saytında məlumat verilib.

Cihaz 900 min nüvədən və tərəfi 21,5 santimetr olan kvadrat silikon vaflidən ibarətdir. Tərtibatçıların sözlərinə görə, “WSE-3” 4 trilyon tranzistordan təşkil olunub.

Müqayisə üçün qeyd edək ki, hazırda süni intellekt modellərini hazırlamaq üçün istifadə edilən ən güclü çiplərdən biri “Nvidia H200” qrafik prosessorudur (GPU). Onun tərkibində cəmi 80 milyard tranzistor var ki, bu da “Cerebras” çipindən 57 dəfə azdır.

“WSE-3”ün proqnozlaşdırılan superkompüter “Condor Galaxy 3”də istifadə edilməsi planlaşdırılır. Sistemin gözlənilən hesablama gücü səkkiz eksaflopa bərabər olacaq və onun sələfləri “Condor Galaxy 1” və “Condor Galaxy 2” ilə birlikdə sistemin performansı 16 eksaflopa çatmalıdır.

“Cerebras”, “OpenAI”nin “GPT-4” və “Google”un “Gemini”dən 10 dəfə güclü olacaq gələcək süni intellekt sistemlərini hazırlamaq üçün “Condor Galaxy 3”dən istifadə etməyi planlaşdırır.
 

# 3306
avatar

Sevinc Fərid

Oxşar yazılar