Ən çox hansı smartfonlar haker hücumuna  məruz qalır?
20 avqust 2026 16:07 (UTC +04:00)

Ən çox hansı smartfonlar haker hücumuna məruz qalır?

0

Smartfon istehsalçılarının mütəmadi təqdim etdiyi təhlükəsizlik yeniləmələri cihazları kibercinayətkarlardan qoruyan əsas vasitələrdən biridir. Telefonun rəsmi yeniləmə dəstəyi başa çatdıqdan sonra isə zaman keçdikcə təhlükəsizlik riskləri artır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, smartfon istehsalçıları əməliyyat sisteminin böyük yeniləmələri ilə yanaşı, aşkar edilən təhlükəsizlik boşluqlarını aradan qaldıran kiçik “patch”lər də yayımlayırlar.

Belə yeniləmələr hakerlərin cihazlara daxil olmaq üçün istifadə etdiyi boşluqları bağlayır. Kibercinayətkarlar sistemdə aşkar edilən zəifliklərdən istifadə edən xüsusi zərərli kodlar vasitəsilə telefona müdaxilə edə bilirlər.

Uğurlu hücum zamanı şəxsi məlumatların, fotoların və digər məxfi faylların oğurlanması, hətta telefona istifadəçinin xəbəri olmadan casus proqramların quraşdırılması mümkündür.

Mütəxəssislər qeyd edirlər ki, istehsalçının dəstəyi bitən kimi telefon dərhal təhlükəli vəziyyətə düşmür. Lakin yeni boşluqlar aşkarlandıqca və onlar üçün təhlükəsizlik yeniləmələri təqdim edilmədikcə risk getdikcə artır.

Keçmişdə həm iOS, həm də Android sistemlərində ciddi təhlükəsizlik boşluqları aşkarlanıb. Android-də geniş müzakirə olunan “Stagefright” boşluğu buna nümunə göstərilir. Bu tip zəifliklər hücumçulara cihazın müəyyən funksiyalarına icazəsiz müdaxilə etmək imkanı yarada bilərdi.

Apple cihazlarında rəsmi dəstək başa çatdıqdan sonra alternativ əməliyyat sistemindən istifadə imkanları daha məhduddur. Bəzi Android cihazlarında isə texniki biliyi olan istifadəçilər üçün üçüncü tərəf proqram təminatı mövcud ola bilər. Bununla belə, qeyri-rəsmi sistemlərin quraşdırılması da öz təhlükəsizlik risklərini daşıyır.

Mütəxəssislər xüsusilə bank tətbiqləri, şəxsi yazışmalar və məxfi məlumatlar saxlanılan telefonlarda təhlükəsizlik yeniləmələrinin vaxtında quraşdırılmasını tövsiyə edirlər. Cihaz artıq uzun müddətdir təhlükəsizlik yeniləməsi almırsa, daha yeni və dəstəklənən modelə keçmək şəxsi məlumatların qorunması baxımından daha təhlükəsiz seçim hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 192

Oxşar yazılar