TopSpeed portalı lüks seqmentdə ən etibarlı 5 kupe avtomobilin (ikiqapılı) daxil olduğu reytinq tərtib edib.
Lent.az xəbər verir ki, siyahıya “Lexus LC” 2024-cü il buraxılışı başçılıq edir. Modelin etibarlılığı 100 mümkün baldan 92 bal olaraq qiymətləndirilib.
İkinci yerdə “Porsche 718 Cayman 2025” modeli qərarlaşıb — 100-dən 86 bal. İlk üçlüyü isə BMW 4 Series 2025-ci il buraxılışı 83 bal göstəricisi ilə tamamlayır.
Ən etibarlı lüks kupe avtomobillərin ilk beşliyinə həmçinin “Mercedes-Benz CLE” 2025-ci il (83 bal) və BMW 2 Series (81 bal) modelləri də daxil edilib.