Ən populyar “iPhone”  modeli AÇIQLANDI
05 may 2024 17:46 (UTC +04:00)

Ən populyar “iPhone” modeli AÇIQLANDI

Mütəxəssislər ən populyar “Apple” smartfon modellərinin adını açıqlayıb. 

Lent.az xəbər verir ki, “iPhone 15 Pro Max” “Apple”ın ən çox satılan telefonu olub. 

Onun digər “Apple” cihazları arasında ABŞ bazarındakı payı 23 faiz təşkil edib. İkinci yerdə 22 faiz payla “iPhone 15 Pro”, üçüncü yerdə isə 14 faizlik payla iki smartfon, “iPhone 14” və “iPhone 15” qərarlaşıb.

2023-cü ilin martında oxşar vəziyyət davam edib. Beləliklə, bazara müvafiq olaraq 24 və 22 faiz pay almış “iPhone 14 Pro Max” və “iPhone 14 Pro” flaqmanları başçılıq edir.

Eyni zamanda, “Apple”ın əsas smartfonları əvvəlkilərindən daha az populyarlıq qazandığı bildirilir. Beləliklə, 2024-cü ilin mart ayında “iPhone 15”in payı 14 faiz təşkil edib. Bir il əvvəl “iPhone 14”ün payı 19 faiz olub.

# 1851
avatar

Sevinc Fərid

Oxşar yazılar