Ən populyar  smartfonun adı açıqlanıb
11 may 2024 07:54 (UTC +04:00)

Ən populyar smartfonun adı açıqlanıb

“Counterpoint Research” analitikləri qlobal smartfon bazarında 2024-cü ilin birinci rübünün nəticələrini açıqlayıblar.

Lent.az xəbər verir ki, hesablamalara görə, ən populyar telefon iPhone 15 Pro Max olub.

Telefon 4,4 faiz paya sahibdir. Daha sonra iPhone 15, 15 Pro və 14 və Samsung Galaxy S24 Ultra smartfonu ilk 5-liyi qapadır.

Mütəxəssislərin fikrincə, Apple və Samsung birinci rübdə üstünlük təşkil ediblər - onların hər biri ilk 10 reytinqdə beş cihaza sahibdir.

Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin əvvəlində ən çox satılan smartfon 4,7 faiz pay alan iPhone 14 olub. İlk beşliyə iPhone 14 Pro Max, 14 Pro, 13 və Samsung Galaxy A13 də daxil olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9234
avatar

Oxşar yazılar