Ferrari ilk elektrikli avtomobilində fiziki düymələrə  üstünlük verib
09 oktyabr 2026 07:18 (UTC +04:00)

Ferrari ilk elektrikli avtomobilində fiziki düymələrə üstünlük verib

0

Ferrari şirkəti ilk tam elektrikli modeli “Luce”nin salonunda sensor ekranlarla yanaşı, fiziki düymələrdən və fırlanan tənzimləyicilərdən də geniş istifadə edib.

Lent.az xəbər verir ki, layihə “Apple”ın sabiq baş dizayneri Coni Ayvın “LoveFrom” studiyası ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.

Ayvın fikrincə, sürücü avtomobili idarə edərkən funksiyalardan ekrana baxmadan istifadə edə bilməlidir. Fiziki düymələr bu baxımdan daha əlverişli hesab olunur və sürücünün diqqətini yoldan yayındırmamağa kömək edir.

Avtomobilin diqqətçəkən xüsusiyyətlərindən biri də şüşədən hazırlanmış açarıdır. Elektron mürəkkəb texnologiyası ilə təchiz edilən açarın rəngi avtomobilə yerləşdirildikdə dəyişir.

“Ferrari” rəhbərliyi yeni modelin dizaynının müzakirələrə səbəb olduğunu, lakin avtomobili canlı görənlərin reaksiyasının çox vaxt fərqli olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 225

Oxşar yazılar