“Google” şirkəti məşhur internet brauzeri olan “Chrome”un avqustun 5-də çıxacaq “Chrome 139” versiyası ilə Android 8 (Oreo) və Android 9 (Pie) əməliyyat sistemləri üçün dəstəyi dayandıracağını açıqladı.
Lent.az xəbər verir ki, “Google”un bu qərarı milyonlarla istifadəçiyə təsir edəcək.
Bu o deməkdir ki, bu Android versiyalarını istifadə edən cihazlardakı “Chrome” brauzeri daha yeni funksiya yeniləmələrini və təhlükəsizlik tədbirlərini qəbul etməyəcək.
Brauzer bu cihazlarda işləməyə davam edəcək. Bununla belə, təhlükəsizlik yeniləmələrinin kəsilməsi istifadəçiləri yeni yaranan kibertəhlükələrə qarşı həssas edəcək.
“Google”un qərarı Android 8 və ya 9 ilə işləyən cihazları olan istifadəçilər üçün əhəmiyyətli təhlükəsizlik riski yaradır.
Bu istifadəçilər üçün də alternativ var. “Mozilla”nın “Firefox” brauzeri hələ də Android 5 və sonrakı versiyaları dəstəkləyir.
Bu, “Chrome” dəstəyini itirmiş cihazlar üçün onu daha təhlükəsiz seçim edir.