“Google”dan yenilik: Əsas diqqət süni intellektə yönəldi
22 may 2026 01:46 (UTC +04:00)

“Google”dan yenilik: Əsas diqqət süni intellektə yönəldi

0

“Google”un illik I/O 2026 tədbirində əsas diqqət süni intellektə yönəlib.

Lent.az xəbər verir ki, şirkət bununla da artıq adi axtarışdan “AI köməkçisi ilə axtarış” dövrünə keçdiyini açıqlayıb.

Ən böyük yenilik isə “Google Search”in son 25 ilin ən böyük yenilənməsi sayılır.

Artıq istifadəçilər sadəcə açar söz yox, daha mürəkkəb sorğular verə biləcək. Məsələn, sistem AI vasitəsilə “büdcəyə uyğun səyahət planı hazırla” kimi tapşırıqları analiz edib cavab verəcək. Axtarışa mətnlə yanaşı şəkil, video və fayllar da əlavə etmək mümkün olacaq.

“Google” həmçinin yeni Gemini Omni modelini təqdim edib. Bu AI mətn, şəkil, səs və videonu birlikdə anlayır və xüsusilə video yaratmaq və redaktə etmək imkanları ilə seçilir. Daha sürətli işləyən “Gemini 3.5 Flash” modeli isə artıq bir çox “Google” xidmətlərində standart olacaq.

Digər yenilik Gemini Spark adlı AI agentidir. Bu sistem istifadəçi üçün arxa planda işləyərək e-poçt izləmək, plan qurmaq və müxtəlif tapşırıqları avtomatik yerinə yetirmək üçün nəzərdə tutulub. “Google”un ümumi mesajı budur: gələcəkdə məhsullarının mərkəzində süni intellekt olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 180

Oxşar yazılar