Hər telefonda cızıqlara qarşı qoruyucu təbəqə  var - Onu necə bərpa etmək olar?
24 noyabr 2025 09:23 (UTC +04:00)

Hər telefonda cızıqlara qarşı qoruyucu təbəqə var - Onu necə bərpa etmək olar?

0

İnsan orta hesabla gün ərzində smartfonunu yüz dəfəyə yaxın açır və ekrana minlərlə dəfə toxunur. Belə intensiv istifadə zamanı ən tez aşınan hissə məhz ekrandakı oleofob örtük olur. Bu örtük zavod şəraitində şüşənin üzərinə vurulan çox nazik polimer qatıdır. Onun sayəsində barmaq izləri və yağ izləri şüşəyə hopmur, asanlıqla silinir. Bu qat olmasaydı, ekran monitor və ya noutbuk ekranı kimi dərhal çirklənərdi. Əgər ekranınız tez yağlanırsa, mat görünürsə və barmaq əvvəlki kimi hamar sürüşmürsə, deməli oleofob örtük artıq qismən silinib. Adətən səbəb zaman deyil, özümüzük. Ekranı tez-tez trikotaj parça, köynək və ya xüsusilə kimyəvi tərkibli salfetlərlə silmək bu örtüyün ömrünü xeyli qısaldır.

Ekranı necə düzgün təmizləmək olar?

Lent.az xəbər verir ki, oleofob qatı qorumağın ən yaxşı yolu adi mikrofiber parçadır.

Çirk çoxdursa, mikrofiberə bir damcı su əlavə etmək kifayətdir. Ekranı mütəmadi olaraq güclü kimyəvi maddələrlə təmizləməyə ehtiyac yoxdur, bu, örtüyü yalnız daha tez sıradan çıxarır.

Örtük artıq silinibsə nə etmək olar?

Ən sadə yol mühafizə şüşəsi yapışdırmaqdır. Keyfiyyətli qoruyucu şüşələrdə də oleofob qat olur, və bu qat zavod örtüyündən çox daha tez silinsə də, belə şüşəni dəyişdirmək ekranı dəyişməkdən xeyli ucuz və rahatdır.

Digər seçim oleofob örtüyü bərpa edən xüsusi dəstlərdir. Onlar sərbəst satılır və ekrana müvəqqəti hamarlaşma verir. Həqiqətən də yağ daha az toplanır, lakin bu, zavod keyfiyyətini əvəz etmir və çox uzun müddət davam etmir.

Oleofob örtüyün tam aşınmasının qarşısını almaq mümkündürmü?

Tam olaraq yox. Barmaqlarla gündəlik təmasda olan istənilən ekran zamanla oleofob qatını itirir. Bütün tədbirlər sadəcə bu prosesi bir qədər ləngidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 92

Oxşar yazılar