Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) kosmosun tədqiqi üçün iddialı yeni hədəflər açıqlayıb.
Lent.az xəbər verir ki, ISRO-nun sədri V. Narayanan ölkənin 2040-cı ilə qədər Aya insan göndərməyi hədəflədiyini deyib.
Qeyd olunur ki, Hindistanın ilk insanlı kosmosa uçuş missiyası “Qaqanyaan” 2027-ci ildə işə salınacaq.
Bu tarixi missiyadan əvvəl üç pilotsuz sınaq uçuşu həyata keçiriləcək ki, bunlardan birincisi 2025-ci ilin dekabrında “Vyommitra” adlı yarı humanoid robot tərəfindən həyata keçiriləcək.
ISRO-nun gələcək planlarına 2035-ci ilə qədər milli kosmik stansiyası olan Bharatiya Antriksh Stansiyasının (BAS) yaradılması daxildir.