Honor "Magic 9” seriyası təqdim edildi: qiyməti və xüsusiyyətləri
01 oktyabr 2026 03:07 (UTC +04:00)

Honor "Magic 9” seriyası təqdim edildi: qiyməti və xüsusiyyətləri

0

Honor şirkəti yeni flaqman modelləri “Magic 9” və “Magic 9 Super Edition” smartfonlarını təqdim edib.

Lent.az xəbər verir ki, yeni seriya böyük tutumlu batareyaları, ARRI şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlanmış kamera sistemi və “Snapdragon 8 Elite Gen 5” prosessoru ilə diqqət çəkir.

“Honor Magic 9” modeli 6,37 düymlük, 120 Hz yenilənmə tezliyinə malik OLED ekran və 8 000 mAh tutumlu batareya ilə təchiz edilib. Smartfon 80 Vt sürətli naqilli şarjı dəstəkləyir.

Cihazın əsas kamerasının təsvir ölçüsü 200 MP-dir və kamera ARRI ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Honor H1 görüntü emalı çipi süni intellekt imkanlarını artırır. Smartfon “Snapdragon 8 Elite Gen 5” prosessorundan istifadə edir.

Magic 9 həmçinin IP68 və IP69K mühafizə sertifikatlarına malikdir. Modelin başlanğıc qiyməti 744 dollar təşkil edir.

Seriyanın daha güclü modeli “Magic 9 Super Edition” isə 11 000 mAh tutumlu batareyaya sahibdir. Cihazın qalınlığı cəmi 8,1 mm-dir.

Smartfonda yüksək yüklənmə zamanı temperaturu azaltmaq üçün dəqiqədə 30 000 dövr sürətlə işləyən aktiv soyutma ventilyatoru yerləşdirilib.

“Magic 9 Super Edition” 6,81 düymlük ekran və 4K formatında saniyədə 120 kadr video çəkə bilən 200 MP kamera ilə təchiz olunub. Modelin başlanğıc qiyməti 670 dollar açıqlanıb.

Yeni smartfonlar dörd rəng variantında təqdim edilib. Onların qlobal bazara nə vaxt çıxarılacağı isə hələ açıqlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 200

Oxşar yazılar