“Huawei” 2025-ci ildə Çin bazarında 16,4% payla “Apple”ı geridə qoyaraq illər sonra lider olub.
Lent.az xəbər verir ki, “Huawei” 46,7 milyon telefon satıb, “Apple” isə 46,2 milyonla ikinci yerdə qalıb.
Bu yüksəlişdə şirkətin öz dizayn etdiyi Kirin 9030 çipi və yerli istehsal strategiyası əsas rol oynayıb.
Vivo 46,1 milyon satışla üçüncü, “Xiaomi” və Oppo isə üördüncü və beşinci yerləri paylaşıb.