“Huawei”in yeni gözlənilən modeli sentyabrın 4-də təqdim olunacaq
01 sentyabr 2025 03:16 (UTC +04:00)

“Huawei”in yeni gözlənilən modeli sentyabrın 4-də təqdim olunacaq

Çinin texnologiya nəhəngi “Huawei”, dünyanın ilk üç yerə qatlana bilən telefonu olan “Mate XT”nin ikinci nəsil versiyasını sentyabrın 4-də Çində təqdim edəcək.

Lent.az xəbər verir ki, “Huawei”, keçən il təqdim etdiyi və dünyada bir ilk olan telefonunun növbəti nəslini elan etməyə hazırlaşır.

“Huawei” həmçinin telefonun dizaynını və buraxılış tarixini göstərən reklam şəklini paylaşıb.

Görüntü yeni modelin səkkizbucaqlı kamera adası kimi detallarla birinci nəslin dizayn üslubunu qoruyacağını, ancaq ağ və qızılı yeni rəng variantında təklif ediləcəyini göstərir.

Cihaz haqqında hələ çox məlumat sızmasa da, onun Kirin 9020 prosessoru, təkmilləşdirilmiş 50 meqapiksellik əsas kamerası və 10,2 düymlük ekrana malik olacağını göstərib.

Bütün təfərrüatlar sentyabrın 4-də təqdimat mərasimində açıqlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 230

Oxşar yazılar