İki düyməni   basın: paltaryuyan maşınınız kifdən təmizlənəcək
13 oktyabr 2025 17:19 (UTC +04:00)

İki düyməni basın: paltaryuyan maşınınız kifdən təmizlənəcək

0

Bir çox müasir paltaryuyan maşınlarda xüsusi “özünü təmizləmə” funksiyası nəzərdə tutulub. Bu rejim zamanı cihaz paltarsız işləyir, lakin ayda cəmi bir dəfə bu prosesi həyata keçirsəniz, kif və xoşagəlməz qoxularla uzun müddət qarşılaşmayacaqsınız.

Necə aktivləşdirmək olar?

Lent.az xarici mediaya istinadla xəbər verir ki, paltaryuyan maşının idarəetmə panelində “İntensiv yuma” (Intensive Wash) və “Qırışıqsız” (No Crease) düymələrini eyni anda basın və 2 saniyə saxlayın.

Bu düymələr adətən ortasında ulduz işarəsi olan kvadrat mötərizə ilə birləşdirilib. Daha sonra “Start” düyməsini basın və maşın avtomatik olaraq barabanın təmizlənməsi rejiminə keçəcək. Ən böyük üstünlüyü odur ki, heç bir yuyucu vasitə əlavə etməyə ehtiyac yoxdur, cihaz hər şeyi özü edir.

Əgər sizdə bu funksiya yoxdursa – xalq üsulu köməyinizə gələcək

Əgər paltaryuyanınız köhnə modeldirsə və özünü təmizləmə funksiyası yoxdursa, narahat olmayın. Adi ev vasitələri ilə də eyni nəticəni əldə etmək mümkündür.

1. Ağ sirkə ilə təmizləmə

2 stəkan ağ sirkəni yuyucu toz üçün nəzərdə tutulmuş bölməyə tökün. Boş paltaryuyanı uzunmüddətli yuma rejimində və ən yüksək temperaturda (azı 60°C) işə salın. Qaynar su və sirkənin birləşməsi sayəsində barabandakı çirk, bakteriyalar və pis qoxular tam təmizlənəcək.

2. Qida sodası ilə son mərhələ

Daha sonra heç bir yuyucu vasitə və sirkə əlavə etmədən bir yuma dövrü də başladın. Bu dəfə barabana yarım stəkan qida sodası əlavə edin. Soda cihazın içindəki əhəng və yuyucu qalığını təmizləyəcək. Yuma prosesi bitdikdən sonra barabanı mikrofiber parça ilə silin. Bu, qalan toz və sirkə izlərini tamamilə aradan qaldıracaq.

Bu sadə proseduru ayda bir dəfə təkrarlasanız, paltaryuyanınız uzunömürlü, təmiz və qoxusuz qalacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 404

Oxşar yazılar