İlon Mask Vikipediyaya müharibə elan etdi – Yeni platforma qurur
03 oktyabr 2025 01:37 (UTC +04:00)

İlon Mask Vikipediyaya müharibə elan etdi – Yeni platforma qurur

0

İlon Mask, özünün süni intellekt şirkəti olan “xAI” tərəfindən hazırlanmış və tez-tez qərəzli olduğuna görə tənqid etdiyi Vikipediyaya daha əhatəli və alternativ olacağını iddia etdiyi yeni açıq mənbəli məlumat platforması üzərində çalışdığını elan edib.

Lent.az xəbər verir ki, Maskın süni intellekt şirkəti “xAI” tərəfindən hazırlanmış bu yeni platforma "Grokipedia" adlanacaq.

"Biz “xAI” olaraq “Grokipedia”nı qururuq. Bu, “Wikipedia”nın daha mükəmməl versiyası olacaq", - Mask “X” hesabında yazıb.

Platformanın hər kəsin töhfə verə biləcəyi və məhdudiyyətsiz girişi təmin edə biləcəyi açıq mənbəli bilik anbarı olması planlaşdırılır.

Mask daha əvvəl bildirmişdi ki, Vikipediya oyanmış ideologiyanın təsiri altındadır və onun maliyyələşdirilməsi şübhə altına alınmalıdır.

Vikipediyanın həmtəsisçisi Larry Sanger də oxşar tənqidləri səsləndirərək saytın etibarını itirdiyini bildirib.

Grokipediyanın bu qərəzsizlik iddiasına nə dərəcədə əməl edə biləcəyini zaman göstərəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 202

Oxşar yazılar