"Instagram"da  qalmaqal   yaradan yeni funksiya - Sevgilinizin  üzünü   bir toxunuşla gizlədə  biləcəksiniz
29 sentyabr 2026 19:46 (UTC +04:00)

"Instagram"da qalmaqal yaradan yeni funksiya - Sevgilinizin üzünü bir toxunuşla gizlədə biləcəksiniz

0

“Instagram” süni intellekt əsasında işləyən yeni redaktə alətini təqdim edib. Yeni funksiya istifadəçilərə fotolardakı konkret şəxsin və ya obyektin üzünü saniyələr ərzində bulanıqlaşdırmağa imkan verir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, “Pixel” adlanan funksiya təqdim olunduqdan dərhal sonra sosial şəbəkələrdə geniş müzakirələrə və tənqidlərə səbəb olub.

Yeni funksiya necə işləyir?

Məlumata görə, alət “Meta AI” texnologiyası əsasında işləyir. İstifadəçi sadə mətn əmri yazmaqla fotodakı müəyyən şəxsi və ya obyekti tamamilə bulanıqlaşdıra bilir.

Məsələn, “sağdakı şəxsi gizlət” kimi göstəriş verildikdə sistem həmin hissəni seçərək pikselləşdirir, fotonun qalan hissəsi isə dəyişməz qalır.

Münasibətlərdə problem yarada bilər

Yeni funksiya xüsusilə şəxsi münasibətlər mövzusunda mübahisələrə səbəb olub.

Bəzi istifadəçilər hesab edirlər ki, ortaq fotoda sevgilinin və ya həyat yoldaşının üzünü bilərəkdən gizlətmək münasibətlərdə etimadsızlıq yarada və mübahisələrə səbəb ola bilər.

Sosial şəbəkələrdə bununla bağlı çoxsaylı reaksiyalar yayılıb. İstifadəçilərin bir qismi gələcəkdə özlərinin “bulanıqlaşdırılmış şəxs” kimi paylaşılmasından narahat olduqlarını bildirib.

Faydalı tərəfləri də var

Bununla yanaşı, yeniliyi müdafiə edənlər də az deyil.

Onların fikrincə, bu funksiya xüsusilə uşaqlarının üzünü sosial şəbəkədə göstərmək istəməyən valideynlər üçün faydalı ola bilər.

Həmçinin fotoya təsadüfən düşən insanların, avtomobil nömrələrinin və ya şəxsi məlumatların gizlədilməsi üçün də istifadə oluna bilər.

Beləliklə, “Instagram”ın yeni süni intellekt aləti bir tərəfdən məxfiliyin qorunması üçün rahat imkan yaratsa da, digər tərəfdən şəxsi münasibətlərdə yeni mübahisələrə yol aça biləcək funksiya kimi qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 142

Oxşar yazılar