iOS 18 unikal xüsusiyyətə sahib olacaq – Telefonu gözlə idarə edəcəksiniz
24 may 2024 11:47 (UTC +04:00)

iOS 18 unikal xüsusiyyətə sahib olacaq – Telefonu gözlə idarə edəcəksiniz

“Apple” şirkəti  iOS 18-də bəzi yeni funksiyaların olacağını bildirib. 

Lent.az xəbər verir ki, yeni funksiyaların bu payızda mikroproqramın ictimai versiyasının buraxılması ilə “iPhone” və “iPad”lərdə görünəcək. 

Məlumata görə, “iPhone” və “iPad”də baxışa nəzarət funksiyası olacaq. Ön kamera gözün izlənməsinə cavabdeh olacaq. Bu yeni özəllik əlillər üçün yaradılıb, lakin hər kəs istifadə edə bilər.

Texnologiya süni intellektlə işləyir və onu işə salmaq üçün sadəcə olaraq sürətli kalibrləmədən keçmək lazımdır. Əlavə avadanlıq almağa ehtiyac yoxdur.

Həmçinin avtomobildə hərəkət narahatlığı keçirənlər üçün “Apple” sisteminə faydalı funksiya əlavə olunacaq. Onu işə saldıqda ekranda avtomobilin hərəkətindən asılı olaraq hərəkət edən qara nöqtələr görünəcək və bununla da xoşagəlməz vəziyyət azalacaq.

Eşitmə qabiliyyətini itirmiş insanlar üçün “Apple Music” “Haptics” funksiyasını əlavə edəcək. O aktivləşdirildikdən sonra “iPhone”dakı “Taptic Engine” musiqinin ritminə uyğun titrəməyə başlayacaq.

Qeyd edək ki, yuxarıda göstərilən bütün funksiyalar bu payızda buraxılacaq iOS 18-in buraxılışı ilə əlçatan olacaq. Bu əməliyyat sistemi “Apple” tarixində ən böyük yeniləmə hesab olunur. Buna səbəb isə yeniləmələr süni intellektə əsaslanacaq. Həmçinin, istifadəçilərə “Android”də olduğu kimi masaüstünü istədikləri kimi fərdiləşdirməyə icazə veriləcək.

Qeyd edək ki, “iOS 18” və “iOS 17” ilə eyni “iPhone” modellərinə uyğun olacaq. Yeni funksiyaların əksəriyyətinin yalnız yeni “iPhone 16”da istifadə ediləcəyi ehtimal olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2562
avatar

Sevinc Fərid

Oxşar yazılar