“İphone 14”  neçəyə satılacaq?
05 sentyabr 2022 09:54 (UTC +04:00)

“İphone 14” neçəyə satılacaq?

“Apple” şirkətinin sentyabrın 7-də təqdim edəcəyi “İphone 14” modelinin qiyməti sızdırılıb. 

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 512 GB yaddaşa malik “İphone 14 Pro Max”ın xarici satış qiyməti 1700-1800 dollar( təxminən 2900-3000 manat) arasında olacağı gözlənilir.

 Bu seriyanın ən aşağı qiymətli modeli “İphone 14” (128 GB) olacaq. Belə ki, onun 800-900 dollar( təxminən 1400 - 1500 manat) dəyərində satışa çıxarılacağı iddia olunur. 

Məlumata görə, “İphone 14” bənövşəyi rəngli və 3 kameralıdır. Onun çəkiliş xüsusiyyətinin isə əvvəlki modellərə nisbətən daha da təkmilləşdiyi bildirilib. 


 

# 9414
avatar

Sevinc Fərid

Oxşar yazılar