“iPhone 15 Plus” telefonu ucuzlaşdı
27 may 2024 07:59 (UTC +04:00)

“iPhone 15 Plus” telefonu ucuzlaşdı

Rusiya bazarında sərfəli qiymətə iri displeyli “iPhone 15 Plus” smartfonu ucuzlaşıb.

Lent.az xəbər verir ki, bu barədə “Hi-Tech Mail.ru” məlumat yayıb.

Bildirilib ki,  mayın sonunda “iPhone 15 Plus”-ı 84 min rubla (1594 AZN) almaq mümkün olub. Satışa çıxdığı ilk gündə isə cihaz 140 min rubl (2656 AZN) dəyərində idi.

Müəlliflər cihazın qiymətinin orta hesabla 35 faiz ucuzlaşdığını qeyd ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2517
avatar

Oxşar yazılar