“iPhone 16 Pro” böyük bir kamera  yeniləməsi alacaq
23 may 2024 18:12 (UTC +04:00)

“iPhone 16 Pro” böyük bir kamera yeniləməsi alacaq

Dörd aydan az müddətdə “Apple” şirkəti “iPhone”un yeni nəslini təqdim edəcək.

Lent.az xəbər verir ki, telefonda mühüm dəyişikliklərdən biri yeni kameralarla bağlıdır. 

Məlumata görə, “iPhone 16 Pro Max”ın əsas kamerası təkmilləşdirilmiş 48 meqapiksellik “Sony IMX903” sensoru əsasında qurulacaq. Digər tərəfdən, “iPhone 16 Pro”, hazırkı “iPhone 15 Pro” modelləri ilə eyni 48 meqapiksellik “Sony IMX803” sensoruna sahib olacaq.

İddia edilir ki, hər iki “iPhone 16 Pro” modeli ilk dəfə olaraq 48 meqapiksellik ultra geniş bucaqlı kamera təqdim edəcək ki, bu da az işıqlı şəraitdə daha çox işıqlandırmaya və daha yaxşı fotolar çəkməyə kömək edəcək. Bütün hazırkı “Apple” smartfonları 12 meqapiksellik ultra geniş obyektivlə təchiz olunub, ona görə də bu, əhəmiyyətli təkmilləşdirmədir.

Digər bir məlumata görə, üçüncü kamera, telefoto obyektiv 12 meqapiksellik təsvir ölçüsünü saxlayacaq. Şayiələrə görə, 2025-ci ildə “iPhone 17 Pro” bütün kameraların ön modul da daxil olmaqla 48 meqapiksellik sensorlara keçidini başa çatdıracaq.

Öz növbəsində, əsas “iPhone 16” modelləri üçün əsas kamera yeniləməsi gözlənilmir. Onlar yalnız son nəsildə yeni 48 meqapiksellik sensor alıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3099
avatar

Sevinc Fərid

Oxşar yazılar