iPhone 16 Pro-nun CAD render fotoları təqdim edilib
12 mart 2024 11:47 (UTC +04:00)

iPhone 16 Pro-nun CAD render fotoları təqdim edilib

Apple şirkətinin hazırladığı 4-cü nəsil iPhone SE smartfonunun CAD render fotoları keçən həftə təqdim olunmuşdu.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, indi isə 91mobiles saytı bu il təqdim olunacaq iPhone 16 Pro smartfonunun CAD render fotolarını sərgiləyib. Təqdim edilmiş CAD render fotolarda iPhone 16 Pro-da olacaq Capture adlı yeni düyməni görmək olar. Sözügedən sensorlu düymənin müxtəlif əməliyyatları işə salacağı gözlənilir. Buna misal olaraq kameranın işə salınmasını, fotonun çəkilməsini, kamera fokusunun tənzimlənməsini və s. gətirmək olar. CAD render fotolara əsasən Capture düyməsi smartfonun kənar hissəsindəki Action Button düyməsinin alt hissəsində yerləşəcək.

 Məlumatda qeyd edilib ki, iPhone 16 Pro modelinin ölçüləri bir qədər böyüyəcək. Belə ki, onun ölçüləri 149.6 x 71.4 x 8.4 mm təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal-hazırda aktual olan iPhone 15 Pro modelinin ölçüləri 146.6 x 70.6 x 8.25 mm təşkil edir. Bu isə o deməkdir ki, iPhone 16 Pro modeli bir qədər daha uzun, daha geniş və daha qalın olacaq. CAD render fotolara əsasən smartfonun arxa kamera dizaynı dəyişilməz olaraq qalacaq. Gözləntilərə əsasən iPhone 16 Pro smartfonu 5 qat zoom özəlliyinə sahib teleobyektivi və 48 MP-lik ultra geniş bucaqlı obyektivi əldə edəcək.


 

# 3054
avatar

Oxşar yazılar