“iPhone 17 Pro” və “Pro Max” cihazlarını şarj edərkən dinamikdən qıcıq verici səslər gəlməyə başlayıb.
Lent.az xəbər verir ki, bu barədə “Reddit” və “MacRumors” forumlarında istifadəçilər bildiriblər.
Köhnə radio səsini xatırladan bu xırıltılı və fit səsi sakit mühitlərdə daha çox nəzərə çarpır.
İstifadəçilər bu səsin “Apple”ın orijinal şarj adapterləri də daxil olmaqla bütün növ simli bağlantılarda eşidildiyini bildirirlər.
Cihazlarını dəyişdirən istifadəçilərin belə eyni problemlə qarşılaşması, problemin ümumi aparat və ya proqram təminatı xətası ola biləcəyini göstərir.
“Apple” dəstəyi problemin mühəndislərə göndərildiyini və həll yolu üzərində işlədiklərini bildirsə də, son iOS yeniləmələrində belə hələ də problem həll edilməyib.