“iPhone 18 Pro” ilə zəif şəbəkə problemi  aradan qalxacaq
30 may 2026 04:36 (UTC +04:00)

“iPhone 18 Pro” ilə zəif şəbəkə problemi aradan qalxacaq

0

“Apple” yeni nəsil “iPhone 18 Pro” və “Pro Max” modellərində zəif şəbəkə problemini azaltmaq üçün inkişaf etmiş peyk bağlantısı texnologiyası üzərində işləyir.

Lent.az xəbər verir ki, iddiaya görə, telefonlar mobil şəbəkənin zəif olduğu ərazilərdə avtomatik olaraq peyk bağlantısına keçərək əlaqənin kəsilməsinin qarşısını ala biləcək.

Məlumata görə, yeni sistem dağlıq ərazilər, kənd yerləri və magistral yollarda mobil baza stansiyalarının zəif işlədiyi hallarda istifadəçilərin rabitədə qalmasına kömək edəcək. Bu yeniliyin “Apple”ın hazırladığı C2 modem və 5G peyk texnologiyası ilə dəstəklənəcəyi qeyd olunur.

“iPhone 18 Pro” seriyasının payızda təqdim olunacağı, cihazların yeni nəsil A20 Pro prosessoru və əlavə kamera yenilikləri ilə gələcəyi gözlənilir.

Lakin bu deyilənlər barədə hələ rəsmi açıqlama yoxdur. Deyilənlər sızdırılan məlumatlara əsaslanır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 162

Oxşar yazılar