Etibarlı sızıntıları ilə tanınan TheGalox növbəti nəsil iPhone 18 modellərinin ehtimal olunan başlanğıc qiymətlərini açıqlayıb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, yeni smartfonların baza versiyaları hazırkı modellərlə müqayisədə təxminən 100 dollar bahalaşacaq.
Məlumata əsasən, yeni seriyanın qiymətləri belə olacaq:
iPhone 18 - 899 dollar
iPhone Air 2 - 1099 dollar
iPhone 18 Pro - 1199 dollar
iPhone 18 Pro Max - 1299 dollar
Müqayisə üçün qeyd edək ki, hazırkı iPhone 17 seriyasının başlanğıc qiymətləri belədir:
iPhone 17 - 799 dollar
iPhone Air - 999 dollar
iPhone 17 Pro - 1099 dollar
iPhone 17 Pro Max - 1199 dollar
Beləliklə, baza modellərinin qiymətində artım həqiqətən də təxminən 100 dollar təşkil edir.
Əsas fərq yaddaş həcmi olan modellərdə olacaq
Bununla belə, istifadəçiləri daha ciddi qiymət artımı gözləyə bilər. TheGalox bildirir ki, daha böyük yaddaş tutumuna malik versiyalar baza modellərindən xeyli baha olacaq. Məlumata görə, yüksək yaddaşlı konfiqurasiyaların qiyməti 100 dollardan daha çox artacaq. Bu isə qlobal yaddaş çipi çatışmazlığı və komponentlərin bahalaşması ilə əlaqələndirilir. Həmin proses artıq "Apple"ın digər məhsullarının istehsal xərclərinə də təsir göstərməyə başlayıb. iPhone 18 seriyasının giriş səviyyəli modellərində qiymət artımı nisbətən məhdud olsa da, daha çox yaddaş istəyən istifadəçilər əvvəlki nəsillə müqayisədə daha yüksək məbləğ ödəməli ola bilərlər.