“iPhone 18”in xüsusiyyətləri   sıdırıldı
16 yanvar 2026 06:43 (UTC +04:00)

“iPhone 18”in xüsusiyyətləri sıdırıldı

0

Sızan məlumatlara görə “iPhone 18” seriyası dizaynda böyük dəyişiklikdən çox, ekran quruluşunda təkmilləşdirmələrə fokuslanacaq.

Lent.az xəbər verir ki, Pro modellərdə “Face ID” sensorlarının ekran altına keçirilməsi nəticəsində “Dynamic Island” xeyli kiçiləcək və yalnız ön kamera üçün kiçik dəlik qalacaq.

Test mərhələsində olan “iPhone 18 Pro” (6,27 düym) və “Pro Max” (6,86 düym) modellərinin 120 Hz LTPO ekranla təchiz olunacağı bildirilir.

Standart “iPhone 18”  6,27 düym, “iPhone Air 2” isə  6,55 düym ekrana sahib olacaq.

Pro modellərin 2 nm A20 Pro çipi, dəyişən diyafragmalı kamera və təkmilləşdirilmiş sensorlarla təchiz ediləcəyi deyilir.

“Apple”ın Pro modelləri 2026-cı ilin sonunda, standart “iPhone 18” və 18e-ni isə 2027-ci ilin yazında təqdim edə biləcəyi iddia olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 280

Oxşar yazılar