iPhone əvəzinə hansı smartfonu  almalısınız? - Çindən 5 ən yaxşı alternativ
06 may 2026 11:48 (UTC +04:00)

iPhone əvəzinə hansı smartfonu almalısınız? - Çindən 5 ən yaxşı alternativ

0

iPhone 17 bazarda balanslı cihaz olaraq qalsa da, dəmir göstəricilərinə görə Çin istehsalçıları artıq bəzi sahələrdə onu geridə qoyur.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, yeni iPhone 17 modelində 120 Hz ekran, təkmilləşdirilmiş kamera və daha uzun batareya ömrü kimi yeniliklər təqdim edilsə də, bir sıra Çin flaqmanları qiymətinə görə daha güclü texniki xüsusiyyətlər təklif edir.

Oppo Find X9 Pro modeli foto imkanlarına görə seçilir. Cihaz 200 MP periskop kamera ilə təchiz olunub və bu, uzaq məsafədən çəkilişdə daha detallı nəticə verir. Batareyası 7500 mAh olub, iki günə qədər işləyə bilir. Bundan əlavə, 80 Vt sürətli enerji yığma və 16 GB operativ yaddaş standart olaraq təqdim olunur.

Honor Magic 8 Pro isə güclü batareyası və ekranı ilə fərqlənir. 7100 mAh tutumlu akkumulyatoru 100 Vt sürətli şarjla 40 dəqiqədən az müddətdə dolur. Ekranın parlaqlığı 6000 nitə qədər çatır. Kamera sistemində 200 MP teleobyektiv yer alır.

Xiaomi 17 daha kompakt dizaynı ilə diqqət çəkir. 6330 mAh batareyaya malikdir və 100 Vt naqilli, 50 Vt simsiz enerji yığmanı dəstəkləyir. Leica ilə hazırlanmış üçlü kamera sistemi 8K video çəkiliş imkanı verir. Lakin HyperOS proqram təminatında əlavə tətbiqlərin çoxluğu mənfi tərəf kimi qeyd olunur.

OnePlus 15 “xalq flaqmanı” kimi təqdim edilir. 165 Hz ekran, 7300 mAh batareya və 45 dəqiqəlik tam şarj imkanı ilə seçilir. Kamera sistemi 8K video və yüksək kadr tezliyi ilə çəkiliş dəstəyi təqdim edir.

Vivo X300 Pro isə əsasən kamera imkanlarına fokuslanıb. 200 MP sensor bu modeldə məhz teleobyektivdə yerləşir ki, bu da böyütmə zamanı yüksək detal təmin edir. Zeiss optikası ilə təchiz olunmuş əsas kamera rənglərin daha dəqiq ötürülməsinə imkan verir.

Ekspertlər qeyd edir ki, bu cihazlar bəzi hallarda iPhone 17-ni xüsusilə kamera, batareya və sürətli şarj kimi sahələrdə üstələyir. Bununla belə, iPhone ekosistemi və proqram təminatı baxımından hələ də güclü mövqeyini qoruyur.

Məlumata görə, yaxın illərdə Çin istehsalçıları ilə rəqabətin daha da artacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 156

Oxşar yazılar