iPhone, iPad və iPod-da "i" hərfinin mənası  nədir?
16 fevral 2026 15:55 (UTC +04:00)

iPhone, iPad və iPod-da "i" hərfinin mənası nədir?

0

Apple istifadəçilərinin çoxu iPhone, iPad və iPod kimi cihazların adındakı kiçik “i” hərfinin mənası barədə ciddi düşünməyib. İllər boyu müxtəlif ehtimallar irəli sürülüb. Bəziləri bunun ağıllı və ya əvəzolunmaz sözlərini ifadə etdiyini düşünürdü. Digərləri isə “i” hərfini ingiliscə “I” - yəni mənim mənasında məhsulların şəxsi xarakterini vurğulayan simvol kimi qəbul edirdi. Lakin həqiqət daha sadədir.

Lent.az xəbər verir ki, “Apple”nin həmtəsisçisi Stiv Cobs hələ 1998-ci ildə izahına görə məşhur “i” hərfi daha çox o dövr üçün Apple texnologiyalarında əsas olan anlayışa, internetə işarə edir.

Məhz internetə asan çıxış iMacin yaradılmasında əsas ideya idi. Apple”nin “i” prefiksi ilə təqdim etdiyi ilk məhsul da elə iMac olmuşdu. Daha sonra bu yanaşma iPhone, iPod və iPad adlarında da davam etdirildi.

Bununla yanaşı, “i” hərfi bir neçə anlayışı da simvolizə edirdi: fərdilik, öyrətmək, məlumatlandırmaq və ilham vermək. Bu anlayışlar Apple”nin fəlsəfəsini əks etdirsə də, hərfin rəsmi və tək bir izahı heç vaxt təsdiqlənməyib.

Sosial şəbəkələrdə Apple istifadəçiləri bu açıqlamaya təəccübləndiklərini etiraf ediblər. Bir çoxları “i” hərfinin iOS-la əlaqəli olduğunu və ya məhsulun “mənim telefonum” kimi şəxsi mənanı ifadə etdiyini düşünürdü. Halbuki, hər şey Apple”nin 1990-cı illərin sonlarında internet bağlantısını əsas üstünlük kimi önə çıxarmaq istəyi ilə başlayıb. Həmin dövrdə bu, fərdi cihazlar üçün inqilabi yenilik sayılırdı.

iPhone”nin ilk versiyası Apple tərəfindən 2007-ci ilin yanvarında təqdim olunmuşdu və bu konsepsiyaya tam uyğun idi: cihaz telefon, musiqi pleyeri və internet terminalını bir arada birləşdirirdi.

O vaxtdan bəri iPhone xətti 17-ci nəsilə qədər inkişaf edib və dünya üzrə ümumi satışlar 3 milyard ədədi keçib. Bu da “i” prefiksinin təsadüfi seçim olmadığını bir daha göstərir.

Məlumata görə, 2026-cı il Apple üçün yenə də olduqca aktiv il olacaq. Şirkətin ilin sonuna qədər 20-dən çox yeni məhsul təqdim etməyi planlaşdırdığı bildirilir və onların böyük hissəsinin ilk yarımildə elan ediləcəyi gözlənilir.

2026-cı ilin ilk yeniliyi isə əşyaların tapılması üçün nəzərdə tutulan AirTagin yeni nəsli olub. Adapter və şarj cihazlarını nəzərə almasaq, bu, Apple”nin ən əlçatan qiymətli cihazlarından biri sayılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar