Səyahət edərkən və ya xarici dildə lövhə, menyu və ya etiketlə qarşılaşanda dərhal tərcüməyə ehtiyac yaranır.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, iPhone sahibləri üçün yaxşı xəbər odur ki, əlavə proqram yükləməyə ehtiyac yoxdur, lm olan funksiya kamera tətbiqində mövcuddur.
Necə işləyir?
1. Kamera tətbiqini açın.
2. Tərcümə etmək istədiyiniz mətni kadrın mərkəzinə gətirin və “iPhone”nin onu tanımasını gözləyin.
3. Ekranda mətnin ətrafında sarı çərçivə görünəcək, sağ aşağı (və ya telefon üfüqi vəziyyətdədirsə sağ yuxarı) küncdə yeni düymə peyda olacaq.
4. Bu düyməni sıxın. iOS mətnin üzərinə yaxınlaşacaq və onu ayırd edəcək.
5. Sol aşağı (və ya üfüqi rejimdə sol yuxarı) küncdə görünən “Tərcümə et” düyməsini vurun. Bir neçə saniyə gözləyin. Mətn avtomatik olaraq sistem dilinizə çevriləcək.
Əlavə imkanlar
Tərcümə olunmuş mətnə toxunaraq onu kopyalaya və istədiyiniz tətbiqə yapışdıra bilərsiniz.
Mini pəncərə vasitəsilə mətnin səsləndirilməsini aktivləşdirə, onu Seçilmişlərə əlavə edə və ya “Tərcüməçi” tətbiqində aça bilərsiniz.
Əgər funksiya işləmirsə
Bu funksiya deaktiv ola bilər. Yoxlamaq üçün: Ayarlar > Kamera bölməsinə keçin və “Tanınmış mətni göstər” (Show Detected Text) seçiminin aktiv olduğuna əmin olun.
Bu üsul sayəsində xaricdə lövhələri, restoran menyularını və ya istənilən yazını saniyələr ərzində tərcümə etmək mümkün olur, əlavə tətbiq yükləməyə ehtiyac qalmır.