İsti, yoxsa soyuq? - Hava yanacaq sərfiyyatına təsir edir
18 avqust 2026 19:44 (UTC +04:00)

İsti, yoxsa soyuq? - Hava yanacaq sərfiyyatına təsir edir

0

Havanın temperaturu avtomobilin yanacaq sərfiyyatına ciddi təsir göstərə bilər. Xüsusilə kəskin soyuq və çox isti havalarda avtomobil adi günlərlə müqayisədə daha çox yanacaq sərf edir.

Lent.az xəbər verir ki, güclü şaxtalar yanacaq sərfiyyatı baxımından ən əlverişsiz şərait hesab olunur.

ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin məlumatına əsasən, havanın temperaturu mənfi 7 dərəcə olduqda avtomobilin yanacaq sərfiyyatı 25 dərəcə isti hava ilə müqayisədə orta hesabla 15 faiz arta bilər.

Qış aylarında qısa məsafəli səfərlərdə vəziyyət daha da pisləşir. Gündə cəmi 5-7 kilometr yol gedildikdə yanacaq sərfiyyatının təxminən 24 faiz artması mümkündür.

Hibrid avtomobillərdə soyuq havanın təsiri daha nəzərəçarpandır. Aşağı temperaturda onların yanacaq sərfiyyatı 30-40 faiz arta bilər. Elektromobillərdə isə soyuq hava yürüş məsafəsinin azalmasına daha ciddi təsir göstərir.

Yayda da yanacaq sərfiyyatı arta bilər. Lakin bunun əsas səbəbi birbaşa yüksək temperatur deyil, kondisioner və klimat-kontrol sistemlərinin istifadəsidir.

Məlumata görə, kondisionerin intensiv istifadəsi adi avtomobillərdə yanacaq sərfiyyatını 25 faizdən çox artıra bilər. Xüsusilə qısa məsafələrdə kondisionerin təsiri daha çox hiss olunur.

Mütəxəssislər bildirirlər ki, yanacaq sərfiyyatına hava şəraiti ilə yanaşı, səfərin uzunluğu, avtomobilin mühərrik və transmissiya tipi, həmçinin kondisionerdən istifadə intensivliyi də təsir göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 226

Oxşar yazılar