Maksimal parlaqlığı olan yeni monitor -FOTO
09 iyun 2023 10:11 (UTC +04:00)

Maksimal parlaqlığı olan yeni monitor -FOTO

 MSI şirkəti MAG 275CQRF-QD adlı yeni gaming monitorunu təqdim edib.

Lent.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, sözügedən yeni gaming monitoru əyilmiş dizaynı, yüksək təsvir yenilənməsi və çoxlu sayda interfeys dəstəyi ilə seçilir. Beləliklə MSI MAG 275CQRF-QD monitoru 144 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym VA ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit təşkil edir. Bununla yanaşı təsvir yenilənməsinin sürətləndirilməsi rejimində təsvir yenilənməsinin göstəricisi 144 Hz-dən 170 Hz-ə yüksəlir. Monitor özündə HDMI 2.0b, DisplayPort 1.2a, USB 2.0 Type-C, USB 2.0 Type-B, USB Type-C girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. MSI MAG 275CQRF-QD gaming monitorunun nə zaman və hansı qiymətə satışa çıxacağı barəsində məlumat daha sonra veriləcək.

# 2079
avatar

Oxşar yazılar