Məişət texnikasını 1 həftə elektrik olmadan işlədən  cihaz
06 noyabr 2025 13:56 (UTC +04:00)

Məişət texnikasını 1 həftə elektrik olmadan işlədən cihaz

0

Almaniyada Dortmund Tətbiqi Elmlər və İncəsənət Universitetinin tələbələri elektrik şəbəkəsinə qoşulmadan bir neçə gün ərzində avtonom rejimdə işləyə bilən innovativ mobil enerji treyleri hazırlayıblar.

Lent.az xəbər verir ki, bu barədə universitetin rəsmi saytında məlumat verilib.

Layihə təxminən 4 kilovat gücündə günəş panellərini, 2,5 kilovat gücündə hidrogen yanacaq elementini və akkumulyator batareyalarını özündə birləşdirir. Bu texnologiya vasitəsilə treyler həm məişət avadanlıqlarını, həm də daxili soyuducu kameranı enerji ilə təmin edə bilir. Sistem xüsusi proqram təminatı ilə təchiz olunub və bu proqram bütün komponentlərin işinə daimi nəzarət edərək təhlükəsizliyi və sabitliyi qoruyur.

Tələbələrin sözlərinə görə, əsas çətinlik müxtəlif enerji sistemlərinin eyni vaxtda koordinasiyasında olub. Hazırda treylerin karkası universitetin emalatxanalarında yığılır, elektron modullar, o cümlədən batareyalar və yanacaq elementi  artıq sınaqdan uğurla keçib və quraşdırılmağa hazırdır.

Gözlənilir ki, eTrail-Ing layihəsi 2026-cı ilin sonuna qədər tam istifadəyə veriləcək.

Treylerin əsas xüsusiyyətləri:

Avtonom işləmə müddəti: 7 günə qədər

Yanacaq elementi: 2,5 kVt

Günəş panelləri: 3,915 kVt

Soyuducu/qızdırıcı kamera həcmi: 6,76 m³

Temperatur aralığı: +4 °C-dən +20 °C-yə qədər

Qoşulma imkanları: 230 V rozetka və USB enerji portları

Bu yenilik xüsusilə ucqar ərazilərdə və çətin sahə şəraitlərində avtonom enerji təminatı üçün böyük rahatlıq yaradacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 240

Oxşar yazılar