Metadan ağıllı eynəklərə məhdudiyyət: Gizli çəkiliş imkanı ləğv olundu
29 avqust 2026 02:26 (UTC +04:00)

Metadan ağıllı eynəklərə məhdudiyyət: Gizli çəkiliş imkanı ləğv olundu

0

Meta süni intellekt funksiyalarına malik ağıllı eynəklərində məxfiliklə bağlı boşluğu aradan qaldıran yeniləmə yayımlayıb.

Lent.az xəbər verir ki, əvvəllər istifadəçi eynəyin çəkiliş zamanı yanan göstərici işığını örtməklə videoçəkilişi davam etdirə bilirdi.

Yeni yeniləmədən sonra işıq örtüldükdə kamera avtomatik olaraq çəkilişi dayandıracaq.

Şirkət bununla yanaşı, istifadəçiləri eynəyin çəkiliş zamanı aktiv olduğunu göstərən işıq indikatoru barədə məlumatlandırmaq üçün yeni kampaniya da başladıb.

Məsələ xüsusilə ətrafdakı insanların xəbəri olmadan çəkiliş aparılması ilə bağlı narahatlıqları artırmışdı.

Meta bildirir ki, yeni dəyişiklik istifadəçilərin və ətrafdakı şəxslərin məxfiliyinin qorunmasına yönəlib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 148

Oxşar yazılar