Mumiyalanmış “yadplanetlilərin” qalıqlarında naməlum DNTaşkar edildi
03 dekabr 2023 08:48 (UTC +04:00)

Mumiyalanmış “yadplanetlilərin” qalıqlarında naməlum DNTaşkar edildi

Aparılan yeni analizin nəticələrinə görə, Peruda aşkar edilmiş mumiyalanmış “yadplanetlilərin” qalıqlarının 30 faizi naməlum növ DNT-dən ibarətdir. Meksikada tapılmış sirli cəsədlərin qalıqları üzərində aparılmış tədqiqat onların insanlara aid olmadığını aşkarlayıb.

Lent.az  xəbər verir ki, Meksika “yadplanetlilərinin” sirri, tapılan kiçik cəsəd qalıqları üzərində aparılan tədqiqatlar onların insana yox, “naməlum canlı növün”ə aid olduğunu sübuta yetirdikdən sonra bir qədər də müəmmalı xarakter alıb.

Nəşrin yazdığına görə, son iki ay ərzində Meksika Milli Assambleyasında baş verənlər sanki sirki xatırladır. Belə ki, qalmaqal yaratmağı sevən və uçan naməlum obyektlərlə (UNO) maraqlanan entuziast və jurnalist Hayme Maussan Peruda aşkar edilən mumiyalanmış qalıqların planetimizdən kənarda həyatın mövcud olduğunu sübuta yetirdiyini iddia edərək, bununla bağlı məhkəməyə müraciət edib.

Son araşdırma cəhdlərinin birində Maussan tədqiqatçı alimləri bir araya toplayıb və araşdırmaçılar DNT fiqurlarını təhlil edərək, onların 30 faizinin indiyədək bəşəriyyətə məlum olan heç bir canlıya aid olmadığını müəyyənləşdiriblər. Qalan 70 faizin mənşəyi hələ açıqlanmayıb.

“Tapılmış iki cəsədin möhkəm sümükləri var, onların dişi yoxdur və ağızlarında Yer kürəsində nadir tapılan yumşaq, gümüşü-ağ rəngli kadmium və mavi-ağ osmium metallarından hazırlanmış implantatlar var. Bu canlıların bizim planetdə bənzəri yoxdur. İctimaiyyət qeyri-insanı texnologiyalardan və varlıqlardan xəbərdar olmalıdır. Bu həqiqət bəşəriyyətin birləşməsinə xidmət etməlidir, aramızda ayrı-seçkilik yaratmamalıdır. Biz nəhəng Kainatda tək deyilik və bu həqiqətlə barışmalıyıq” – deyə, jurnalist açıqlamasında bildirib.

Bu ayın əvvəlində Maussan araşdırmaya həkimlərdən ibarət qrup dəvət edib, onların bəziləri tapılan qalıqların hibrid, daha doğrusu, insanların əcdadları olduqlarını ehtimal ediblər. Digər ekspertlər isə onların əsl, vaxtilə planetimizdə yaşayan canlı orqanizmlərə aid olduğunu iddia edirlər.

# 3012
avatar

Oxşar yazılar

Bu ölkədə VPN   qadağan edildi

Bu ölkədə VPN qadağan edildi

1 mart 2024 , 21:00
İlk süni intellekt funksiyaları  olan smartfon

İlk süni intellekt funksiyaları olan smartfon

1 mart 2024 , 18:30
Bu son model saata meteorit parçaları  əlavə olunub

Bu son model saata meteorit parçaları əlavə olunub

1 mart 2024 , 17:36
“Samsung”un yeni qatlana bilən  telefonları necə olacaq? - FOTO

“Samsung”un yeni qatlana bilən telefonları necə olacaq? - FOTO

1 mart 2024 , 16:33
Dünyanın ən güclü telefonu AÇIQLANDI

Dünyanın ən güclü telefonu AÇIQLANDI

1 mart 2024 , 14:00
Günəşdən 28 milyard dəfə  ağır cisimlər aşkarlandı

Günəşdən 28 milyard dəfə ağır cisimlər aşkarlandı

1 mart 2024 , 13:15
“Samsung”dan yeni  sərfəli qiymətə   TELEFON

“Samsung”dan yeni sərfəli qiymətə TELEFON

1 mart 2024 , 12:48
Avtomobilinizi  yaza   hazırlamaq üçün   5 vacib addım

Avtomobilinizi yaza hazırlamaq üçün 5 vacib addım

29 fevral 2024 , 19:37