Qlobal təhsil bazarında yeni süni intellekt platforması – UniDestin  fəaliyyətə başladı
18 noyabr 2026 12:17 (UTC +04:00)

Qlobal təhsil bazarında yeni süni intellekt platforması – UniDestin fəaliyyətə başladı

0

Süni intellekt texnologiyalarını real mentorlarla tədris modeli əsasında birləşdirən beynəlxalq təhsil platforması UniDestin fəaliyyətə başlayıb.

UniDestin dünyanın müxtəlif ölkələrindən mentorları və iştirakçıları vahid rəqəmsal ekosistemdə birləşdirərək canlı dərslər, video kurslar, sınaq imtahanları, süni intellekt dəstəkli tədris və beynəlxalq təhsil imkanları təqdim edir.

Platforma akademik təhsil, xarici dillərin öyrənilməsi, peşəkar inkişaf və beynəlxalq sertifikasiya imtahanlarına hazırlıq istiqamətlərini əhatə edir.

UniDestin vasitəsilə müəllimlər, təlimçilər və müxtəlif sahələr üzrə mütəxəssislər öz kurslarını yarada, fərdi və qrup dərsləri təşkil edə, video kurslar və sınaq imtahanları hazırlaya, bilik və təcrübələrini qlobal auditoriyaya təqdim edə bilərlər.

İştirakçılar isə maraqlandıqları sahələr üzrə mentor və kurs seçə, canlı dərslərə qoşula, video materiallardan istifadə edə, sınaq imtahanları vasitəsilə biliklərini qiymətləndirə bilərlər.

AI Mentor – fərdiləşdirilmiş tədris dəstəyi

UniDestin-in əsas texnoloji komponentlərindən biri AI Mentor adlı süni intellekt əsaslı tədris sistemidir.

AI Mentor iştirakçılara dərsləri təkrarlamaq, mürəkkəb mövzuları daha sadə şəkildə mənimsəmək, əlavə izahlar almaq, məşq sualları hazırlamaq və biliklərini möhkəmləndirmək üçün nəzərdə tutulub.

Sistem konkret kursun tədris məzmununa uyğun fərdiləşdirilmiş öyrənmə dəstəyi göstərmək məqsədilə hazırlanır.

UniDestin-in tədris modelində süni intellekt real mentoru əvəz etmir. Əksinə, mentorun təqdim etdiyi biliklərin dərsdən sonra da mənimsənilməsinə və iştirakçının müstəqil öyrənmə prosesinin davam etdirilməsinə xidmət edir.

Mentorlar üçün süni intellekt köməkçisi

UniDestin süni intellekt texnologiyalarını yalnız iştirakçıların deyil, mentorların da istifadəsinə təqdim etməyi nəzərdə tutur.

Mentorlar üçün AI Mentor funksiyaları tədris materiallarının hazırlanması, dərs planlarınıan strukturlaşdırılması, mövzuların izahı, məşq tapşırıqlarının və qiymətləndirmə suallarının yaradılması kimi proseslərə dəstək vermək məqsədi daşıyır.

Bu yanaşma mentorların tədris məzmununun hazırlanmasına sərf etdikləri vaxtı azaltmağa, dərslərin daha sistemli təşkilinə və müxtəlif bilik səviyyələrinə uyğun tədris materiallarının yaradılmasına imkan verməyi hədəfləyir.

Sınaq imtahanlarında süni intellekt dəstəyi

UniDestin-in digər əsas istiqamətlərindən biri akademik fənlər, dil imtahanları, beynəlxalq peşə sertifikasiyaları və lisenziyalaşdırma imtahanlarına hazırlıq üçün sınaq imtahanları sistemidir.

Platformada sınaq imtahanları iştirakçıların biliklərini yoxlamaqla yanaşı, nəticələrin təhlili və zəif mənimsənilmiş mövzuların müəyyən edilməsi üçün də nəzərdə tutulub.

Süni intellekt dəstəyi iştirakçılara imtahan nəticələrini daha yaxşı anlamaq, səhv cavabların səbəblərini öyrənmək, çətinlik çəkdikləri mövzular üzrə əlavə izahlar almaq və fərdi məşq sualları ilə hazırlıqlarını davam etdirmək imkanı yaratmağı hədəfləyir.

Beləliklə, sınaq imtahanı yalnız biliklərin qiymətləndirilməsi vasitəsi deyil, həm də fərdi öyrənmə prosesinin bir hissəsi kimi nəzərdə tutulur.

Qlobal mentor və təhsil ekosistemi

UniDestin müxtəlif ölkələrdə yaşayan müəllim və mütəxəssislərə öz biliklərini beynəlxalq auditoriyaya təqdim etmək üçün rəqəmsal imkanlar yaradır.

Platforma mentorların canlı və video kurslardan, eləcə də hazırladıqları sınaq imtahanlarından gəlir əldə etməsinə imkan verən biznes modeli əsasında qurulub.

UniDestin ekosistemində beynəlxalq universitetlər, təhsil proqramları və xaricdə təhsil imkanları barədə məlumatların təqdim edilməsi də nəzərdə tutulur.

Platformanın əsas yanaşması real mentorların təcrübəsini süni intellektin imkanları ilə birləşdirərək təhsili daha əlçatan, fərdiləşdirilmiş və davamlı prosesə çevirməkdir.

UniDestin qlobal təhsil bazarında canlı tədrisi, rəqəmsal kursları, qiymətləndirmə sistemlərini və süni intellekt dəstəyini vahid platformada birləşdirən ekosistem kimi inkişaf etməyi hədəfləyir.

Ətraflı məlumat: www.unidestin.com

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 120

Oxşar yazılar