Nissanın yeni elektrikli şəhər avtomobili “Pixo” təqdim edildi
25 sentyabr 2026 04:02 (UTC +04:00)

Nissanın yeni elektrikli şəhər avtomobili “Pixo” təqdim edildi

0

Yaponiyanın Nissan şirkəti Avropa şəhərləri üçün hazırladığı yeni A seqmentli elektrikli şəhər avtomobili “Pixo”nu təqdim edib.

Lent.az xəbər verir ki, “Renault” ilə birgə hazırlanan və “Twingo” platformasına əsaslanan avtomobil Sloveniyanın Novo Mesto zavodunda istehsal olunacaq. 

“Pixo” 27,5 kVt/saat tutumlu LFP batareya ilə təchiz edilib və 259 kilometrədək yürüş məsafəsi təklif edir. Təxminən 80 at gücünə malik elektrik mühərriki olan avtomobil 50 kVt-lıq sürətli şarjla batareyanı 15 faizdən 80 faizə 28 dəqiqəyə doldura bilir. 

Avtomobildə “Google Gemini” süni intellekti, səsli idarəetmə və marşrut planlaşdırma funksiyaları da mövcuddur. Təxminən 3,8 metr uzunluğunda olan “Pixo”nun arxa oturacaqları qatlandıqda baqaj həcmi 1 221 litrə çatır.

Modelin rəsmi satış qiyməti dekabrda açıqlanacaq, ilk avtomobillərin 2027-ci ilin əvvəlində müştərilərə çatdırılması planlaşdırılır. “Pixo”nun qiymətinin təxminən 20 min avrodan başlayan “Renault Twingo” ilə oxşar olması gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 194

Oxşar yazılar