Niyə iPhone virusları təhlükəlidir?  - onları vaxtında tanıyın
09 yanvar 2026 14:24 (UTC +04:00)

Niyə iPhone virusları təhlükəlidir? - onları vaxtında tanıyın

0

Müasir Apple istehsalı olan iPhone modelləri güclü təhlükəsizlik sistemləri ilə tanınsa da, onlar da tam riskdən sığortalanmayıb. Mütəxəssislərin fikrincə, cihazın təhlükəsizliyi təkcə texniki imkanlardan deyil, istifadəçinin davranışlarından da birbaşa asılıdır. Saxta saytlar, aldadıcı pəncərələr və yalançı bildirişlər vasitəsilə dələduzlar hələ də boşluqlar tapmağı bacarırlar.

Bu barədə Lent.az xarici mediaya istinadla xəbər verir.

Saxta təhlükəsizlik xəbərdarlıqları

Ən geniş yayılmış risklərdən biri Safari brauzerində qarşıya çıxan saxta təhlükəsizlik xəbərdarlıqlarıdır. Bu bildirişlərdə guya cihazda ciddi problem olduğu iddia edilir və istifadəçi qorxudularaq linkə klikləməyə məcbur edilir.

Texniki ekspert və The Big Phone Store şirkətinin sahibi Stephen Atwal bildirir ki, bu cür kliklər zərərli profillərin quraşdırılmasına səbəb ola bilər. Həmin profillər internet trafiki yönləndirir, arzuolunmaz reklamlar göstərir və istifadəçi fəaliyyətini izləyir.

Bu riski yoxlamaq üçün ayarlara daxil olub “Ümumi” ---- “VPN və cihazın idarə edilməsi” bölməsinə baxmaq tövsiyə olunur. Əgər tanımadığınız profil varsa, bu ciddi xəbərdarlıq əlamətidir.

Saxta giriş səhifələri – ən təhlükəli ssenari

Digər geniş yayılmış təhlükə saxta giriş səhifələridir. Bunlar iCloud, banklar, çatdırılma xidmətləri və ya uduş kampaniyaları adı altında təqdim edilə bilər. İstifadəçidən login və şifrə daxil etməsi xahiş olunur və nəticədə məlumatlar birbaşa dələduzların əlinə keçir.

Atwal vurğulayır ki, bu, ən çox rast gəlinən hücum üsuludur. Burada cihaz yox, istifadəçi hesabı ələ keçirilir. Apple ID məlumatlarının itirilməsi fotoşəkillərə, ehtiyat nüsxələrə və hətta telefonun bloklanması funksiyalarına giriş imkanı yarada bilər. Ekspert Apple ID məlumatlarına ən dəyərli informasiya kimi yanaşmağı tövsiyə edir.

iPhone-un təhlükə altında olduğunu necə anlamaq olar?

Bir çox istifadəçi telefonunun yoluxub-yoluxmadığını anlaya bilmədiyini düşünür. Lakin bəzi xarakterik əlamətlər mövcuddur. Safari-də tez-tez çıxan pop-up pəncərələr və avtomatik yönləndirmələr şübhəli saytlara icazə verildiyini göstərə bilər. Bu, hər zaman virus demək olmasa da, diqqətdən kənarda qalmamalıdır.

Telefonun qəribə davranışı da risk əlaməti ola bilər. Gözləmə rejimində batareyanın sürətlə boşalması arxa planda aktiv işləyən tətbiqlərə işarə edir. Donmalar, ləngimələr və sistem xətaları bəzən gizli izləmə mexanizmləri ilə bağlı ola bilər.

Əgər Apple ID ilə bağlı naməlum yerlərdən giriş bildirişləri, şifrə dəyişdirilməsi barədə e-maillər və ya hesabın bloklanması xəbərləri gəlirsə, bu, demək olar ki, cihazın yox, məhz hesabın fişinq hücumuna məruz qaldığını göstərir.

Mütəxəssislər istifadəçilərə diqqətli olmağı, şübhəli linklərə klikləməməyi və şəxsi məlumatlarını maksimum dərəcədə qorumağı tövsiyə edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4836

Oxşar yazılar