Nokianın yeni modeli təqdim olundu: 19 gün işləyəcək
25 iyul 2026 00:05 (UTC +04:00)

Nokianın yeni modeli təqdim olundu: 19 gün işləyəcək

0

HMD şirkəti sərt şəraitdə istifadə üçün nəzərdə tutulmuş yeni düyməli telefonu “Nokia 123 Shield” modelini təqdim edib.

Lent.az xəbər verir ki, suya və toza davamlı korpusa malik olan cihaz əsasən ehtiyat telefon axtaran və açıq havada çalışan istifadəçilər üçün nəzərdə tutulub.

Telefon çıxarıla bilən 1750 mAh batareya ilə təchiz olunub. Şirkətin məlumatına görə, cihaz 27,9 saata qədər danışıq və 19 günə qədər gözləmə rejimində işləyə bilir.

Modeldə 2,4 düymlük QVGA ekran, “Unisoc” SC6531E prosessoru, 4 MB operativ yaddaş və microSD kart vasitəsilə 32 GB-a qədər yaddaş genişləndirmə imkanı var.

“Nokia 123 Shield” yalnız 2G şəbəkələrini dəstəkləyir. Cihazda USB-C portu, 3,5 mm qulaqlıq girişi, FM radio və fənər də mövcuddur. Model yaşıl və bənövşəyi rənglərdə satışa çıxacaq.

Avropada qiymətinin 35-40 avro arasında olacağı bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar